Bakıda yeraltı qarajdan çıxan maşın 71 yaşlı qadını vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş berib.
Belə ki, 1958-ci il təvəllüdlü Həsən Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatınə xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.