Bərdədə keçmiş məhkumun evində 4 kq narkotik aşkarlanıb

Bərdədə keçmiş məhkumun evində 4 kq narkotik aşkarlanıb
# 21 iyun 2024 13:11 (UTC +04:00)

Bərdədə 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb. Onun üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə həmin şəxsin evinə də baxış keçirilib və oradan 4 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR