Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, 2000-ci il təvəllüdlü Elmir Türbəndəyev idarə etdiyi “Toyota Prius minik” markalı avtomobil ilə hərəkətdə olarkən piyada 1977-ci il təvəllüdlü İlyas Aslanovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.