Beyləqanda meşə massivində yanğın baş verib.
APA-nın yerli müxbirinin xəbərinə görə, yanğın hadisəsi rayonun Eyvazallar kəndinin yaxınlığında baş verib. Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən bölməsinin 4 maşını cəlb olunub. Yanğınsöndürənlər alovun daha da geniş ərazilərə yayılmasan qarşısını alıb. Yanğının başvermə səbəbi araşdırılır.