Bank Of Baku

Beyləqanda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

Beyləqanda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır
# 02 mart 2023 12:44 (UTC +04:00)

Beyləqanda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya bildirib ki, ötən gün Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı bir qrup rayon sakininin qidadan zəhərlənməsi barədə Beyləqan RPŞ-yə məlumat daxil olub.

Faktla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR