Bank Of Baku

Biləsuvarda 16 kq narkotik aşkarlanıb

Biləsuvarda 16 kq narkotik aşkarlanıb
# 13 mart 2026 10:57 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun verilən xəbərə görə, tədbir zamanı 32 yaşlı Şəhriyar Cahangirli və 33 yaşlı Əli Quliyev saxlanılıblar. Onlardan 12 kiloqramdan artıq marixuana, həşiş və tiryək aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı isə 30 yaşlı Samir Muradov da analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən 4 kiloqram marixuana, tiryək və psixotrop tərkibli həblər aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR