Bank Of Baku

Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb

Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb
# 01 iyun 2024 09:07 (UTC +04:00)

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, həşiş qətranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR