Bilgəhdə dənizdə batan uşağın meyiti tapılıb - YENİLƏNİB

Bilgəhdə dənizdə batan uşağın meyiti tapılıb - YENİLƏNİB
# 14 iyun 2024 17:58 (UTC +04:00)

İyunun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

14.43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə 1 nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR