Bank Of Baku

Binədə 26 yaşlı qız itkin düşüb - FOTO

Binədə 26 yaşlı qız itkin düşüb - FOTO
# 11 iyun 2024 14:34 (UTC +04:00)

Lerik rayonunda anadan olmuş hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü Muxtarova İlahə Teymur qızı 07.06.2024-cü il tarixində saat təxminən 05:45 radələrində yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02, 055-250-85-05, 055-233-22-34, 051-571-03-11, 012-590-72-03 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR