Cəbrayılda sursat partlayışı olub, ANAMA əməkdaşı həlak olub, xəsarət alanlar var

Cəbrayılda sursat partlayışı olub, ANAMA əməkdaşı həlak olub, xəsarət alanlar var
# 21 iyun 2024 11:23 (UTC +04:00)

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında deyilir.

Məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 21 iyun tarixində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR