Bank Of Baku

Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - FOTO

Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var - FOTO
# 28 noyabr 2024 19:10 (UTC +04:00)

Cəlilabadda minik avtomobili qəzaya uğrayıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR