Bank Of Baku

Cəlilabadda yol kənarında ağaclar kütləvi şəkildə qırılıb - FOTO

Cəlilabadda yol kənarında ağaclar kütləvi şəkildə qırılıb - FOTO
# 01 mart 2023 18:48 (UTC +04:00)

Cəlilabadda yol kənarında əkilən ağaclar kütləvi şəkildə qırılıb.

Bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayon Şiləvəngə kənd icra nümayəndəsi Simran Əlizadə məlumat verib. İcra nümayəndəsinin sözlərinə görə, Cəlilabad-Yardımlı magistral yolunun Şiləvəngə kəndi ərazisində keçən hissəsində, yolun sağ və sol istiqamətində 5 km-lik məsafədə Eldar şamı ağacları əkilib. Həmin ağaclardan müəyyən qismi naməlum şəxslər tərəfindən qırılaraq, məhv edilib. Məsələ ilə bağlı polisə müraciət olunub.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA - nın cənub bürosuna bildirilib ki, həmin kəndin ərazisində yol kənarında əkilən ağaclardan 89 ədədinin naməlum şəxslər tərəfindən qırılması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin əməli törədən 2 şəxs müəyyən edilib.

"Faktla bağlı hazırda Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsində əmələ hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Cəlilabad rayonunun Şiləvəngə kəndində yol kənarında əkilən Eldar Şamı ağacları kütləvi şəkildə məhv edilib. Ərazidəki ağaclar ötən ilin sentyabr ayından əkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR