Bank Of Baku

Culfada avtomobil təmiri sexində yanğın olub - FOTO - VİDEO

Culfada avtomobil təmiri sexində yanğın olub - FOTO  - VİDEO
# 03 mart 2023 10:15 (UTC +04:00)

Culfa şəhərində avtomobil təmiri sexində yanğın baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Culfa şəhər, Elşad Nağıyev küçəsi döngə 1-də yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 20 m² olan sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobil tamamilə yanıb.

Yanğına səbəb təmir sexindəki avtomobilin motorxanasında elektrik naqillərində yaranan qısaqapanma olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR