Bank Of Baku

Əməliyyatda xəstənin qarnında tənzif unudan ginekoloqa cinayət işi açılıb

Əməliyyatda xəstənin qarnında tənzif unudan ginekoloqa cinayət işi açılıb
# 28 fevral 2023 16:36 (UTC +04:00)

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR