Bizim çevik xilasetmə qüvvələri tərəfindən Türkiyədə zəlzələ bölgəsində 17-si uşaq olmaqla, 53 canlı insan dağıntılar altından sağ çıxarılıb.
APA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, 780 nəfərin isə cəsədləri aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib.