FHN: Bayram günlərində 326 yanğına çıxış olub, 44 nəfər xilas edilib

FHN: Bayram günlərində 326 yanğına çıxış olub, 44 nəfər xilas edilib
# 20 iyun 2024 10:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 326 yanğına çıxış, 41 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 10-u azyaşlı olmaqla 44 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazilərdə çimərkən batma təhlükəsində olan 17 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR