Füzuli-Ağdam yolunda ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb

Füzuli-Ağdam yolunda ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb
# 19 iyun 2024 21:06 (UTC +04:00)

Bu gün Füzuli-Ağdam yolunda hərəkət edən "VAZ" markalı avtomobil yol kənarında dayanan traktora çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR