Bank Of Baku

Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib

Füzulidə 4 tona yaxın çətənə bitkisi məhv edilib
# 17 iyun 2026 12:30 (UTC +04:00)

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.
Keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkar edilib.

Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR