Bank Of Baku

Gəncədə 12 ədəd avtomat və tapança satan şəxs saxlanılıb

Gəncədə 12 ədəd avtomat və tapança satan şəxs saxlanılıb
# 12 iyun 2024 07:46 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR