Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.