Bank Of Baku

Gəncədə həmyerlisini qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb - YENİLƏNİB 3

Gəncədə həmyerlisini qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb - YENİLƏNİB  3
# 08 iyun 2024 08:25 (UTC +04:00)

İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

23:58

Gəncədə odlu silahdan atəş açaraq həmyerlisini öldürən Kəlbəcər sakini həbs edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

APA-nın əldə etdiyi xəbərə görə, qətl törətməkdə şübhəli bilinən şəxs Vətən mürahibəsi iştrikaçısı, 3-cü dərəcəli əlildir. O, "Suqovuşanın azad olmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

***

20:20

Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan Bəxtiyar Heydərov ölüb.

***

20:00

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hadisəni törədənin Kəlbəcər rayon sakini H. Mamedov olması müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR