Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 29-da saat 22:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.