Bank Of Baku

Gəncədə minik maşını mağazaya çırpılıb - FOTO

Gəncədə minik maşını mağazaya çırpılıb - FOTO
# 03 aprel 2026 06:06 (UTC +04:00)

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR