Bank Of Baku

Gəncədə motosiklet maşınla toqquşub, xəsarət alan var

Gəncədə motosiklet maşınla toqquşub, xəsarət alan var
# 25 aprel 2025 11:42 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə minik avtomobili toqquşub. Qəzada motosikletin sürücüsü 2004-cü il təvəllüdlü H.Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxnasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Xəsarətlər alan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR