Bank Of Baku

Göygöldə oğurluq edən şəxslər tutulub

Göygöldə oğurluq edən şəxslər tutulub
# 05 iyun 2024 09:12 (UTC +04:00)

Göygöl rayonunda oğurluq edən şəxslər tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N.Əliyev sözügedən ərazidən daha bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət əşyaları oğurlayıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR