Göygöldə yol qəzasında 4 nəfər xəsarət alıb

Göygöldə yol qəzasında 4 nəfər xəsarət alıb
# 14 iyun 2024 17:54 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunda qeydə alınıb.

"VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər - 1986-cı il təvəllüdlü Səbuhi Eminli, 2008-ci il təvəllüdlü Rəsul Alişanov, 2010-cu il təvəllüdlü Huseyn Alişanov və 2011-ci il təvəllüdlü Eltac Alişanov xəsarət alaraq xəstəxanaya yerləşdilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR