Hacıqabulda qaçırılan yeniyetmə qız Qəbələdə tapılıb - YENİLƏNİB

Hacıqabulda qaçırılan yeniyetmə qız Qəbələdə tapılıb  - YENİLƏNİB
# 20 iyun 2024 19:44 (UTC +04:00)

Hacıqabulda qaçırılan 15 yaşlı qız Qəbələdə tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, günorta saatlarında Hacıqabul rayonunun Meyniman kəndindən qaçırılan 15 yaşlı qızın Qəbələ polisi tərəfindən saxlanıldığı bildirilir. Polis həm yeniyetmə qızı, həm də onu qaçıran şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

***

15:28

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR