İmişlidə yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
İmişli şəhər sakini, 1997-ci il təvəllüdlü Rəhimov Vasif Cəfər oğlunun idarə etdiyi “Moped” tipli motosiklet minik avtomobili ilə toqquşub. Ağır xəsarətlər alan motosikletin sürücüsü xəstəxanada ölüb.
Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.