Kürdəmirdə yanğın olub - VİDEO

Kürdəmirdə yanğın olub - VİDEO
# 27 may 2024 15:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş verdiyi və hər an bitişik evə keçmə riskinin olduğu müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları 30kv.m. sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR