Lənkəranda avtomobil ağaca çırpılıb, bacı-qardaş və digər şəxs xəsarət alıb - FOTO

Lənkəranda avtomobil ağaca çırpılıb, bacı-qardaş və digər şəxs xəsarət alıb - FOTO
# 27 iyun 2024 17:36 (UTC +04:00)

Lənkəranda yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə üç nəfər - Lənkəranın Nərimanabad qəsəbə sakinləri 1962-ci il təvəllüdlü Arifə Qafar qızı Rəhimova, onun qardaşı 1960-cı il təvəllüdlü Bəxtiyar Qafar oğlu Abdullayev və 1959-cu il təvəllüdlü Əliyar Rəzzaq oğlu Rəhimov xəsarət alıb. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

A.Rəhimov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR