Bank Of Baku

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb - FOTO

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb - FOTO
# 16 dekabr 2024 17:47 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Ş.Səmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini, 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR