Bank Of Baku

Maştağa sakininə xəsarət yetirən şəxs saxlanılıb

Maştağa sakininə xəsarət yetirən şəxs saxlanılıb
# 16 sentyabr 2023 10:46 (UTC +04:00)

Sabunçu rayonunun Maştağa qəsəbə sakininə xəsarət yetirilib.

APA xəbər verir ki, sentyabrın 15-də qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu döyülüb və ona küt alətlə xəsarət yetirilib. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. Müvafiq ekspertizalar təyin olunub. Məsələ ilə bağlı hazırda təhqiqat araşdırması aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR