Bank Of Baku

Məişət tullantılarını tutumlardan kənar yerlərə atan 14 nəfər cərimələnib

Məişət tullantılarını tutumlardan kənar yerlərə atan 14 nəfər cərimələnib
# 01 iyun 2024 11:03 (UTC +04:00)

Ağdamda nəzarət-profilaktiki tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Qərvənd kəndində məişət tullantılarının qalaqlanması halı aşkarlanıb və həmin ərazinin təmizlənilməsi təmin olunub. Eyni zamanda, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 14 nəfər barəsində protokol tərtib edilib.

Həmçinin görülən tədbirlər zamanı vətəndaşlardan iki ədəd ov silahı götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR