Bank Of Baku

Mingəçevirdə ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib

Mingəçevirdə ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib
# 05 fevral 2026 09:30 (UTC +04:00)

Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR