MN-nin mənimsəmədə təqsirləndirilən idarə rəislərinə cəza istənilib

MN-nin mənimsəmədə təqsirləndirilən idarə rəislərinə cəza istənilib
# 14 iyun 2024 12:59 (UTC +04:00)

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən proseslərdə məhkəmə istintaqlarının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müdafiə tərəfləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR