Paşha Bank
Bank Of Baku

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
# 13 noyabr 2026 10:07 (UTC +04:00)

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Bu barədə APA-ya Bakı Şəhər BPİ DYP İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunmaqla

Qeyd edilib ki, N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev 45 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR