Bank Of Baku

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
# 13 noyabr 2026 08:43 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 2001-ci il təvəllüdlü M. Hüseynov, 2009-cu il təvəllüdlü N. Mehtiyev, 2001-ci il təvəllüdlü K. Musayev və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara yardım edilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR