Bank Of Baku

Naxçıvanda 3 yaşlı uşağı avtomobil vurub

Naxçıvanda 3 yaşlı uşağı avtomobil vurub
# 03 mart 2023 16:29 (UTC +04:00)

Naxçıvan şəhərində avtomobil 3 yaşlı uşağı vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün günorta saatlarında avtomobil ehtiyatsızlıq səbəbindən 2020-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Elcan Novruzovu vurub.

Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Müxtəlif bədən xəsarətləri alan E.Novruzovun ayağına gips qoyulub, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR