Bank Of Baku

Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
# 17 yanvar 2026 16:02 (UTC +04:00)

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, "KİA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1981-ci il təvəllüdlü Qafarova lamjyə Rüfət qızı və 1972-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR