Bank Of Baku

Naxçıvanda sahibsiz it 10 yaşlı uşağa xəsarət yetirib

Naxçıvanda sahibsiz it 10 yaşlı uşağa xəsarət yetirib
# 28 fevral 2023 14:43 (UTC +04:00)

Naxçıvanda 10 yaşlı uşağa sahibsiz it dişləyib.

APA-nın Naxçıvan bürosu verir ki, hadisə bu gün səhər saatlarında muxtar respublikanın Babək rayon Yuxarı Uzunoba kəndində baş verib. Kənd sakini 2013-cü il təvəllüdlü Aytac Hümbətova it dişləməsi xəsarəti ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib.

Xəstəxanasından bildirilib ki, 10 yaşlı Aytac Hümbətova yolda sahibsiz itin hücumuna məruz qalıb və it ona əl və ayaq nahiyəsindən xəsarətlər yetirib.

Azyaşlıya tibbi yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR