“Hazırda Türkiyədə zəlzələ olan ərazilərdə ərazidə quruculuq işləri gedir. Zəlzələ bölgəsinə böyük çadır və konteyner şəhərcikləri salınır”.
APA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Nazir mavini onu da vurğulayıb ki, zəlzələ Türkiyənin 11 vilayətində 14 milyona yaxın əhaliyə təsir edib. Bu da 110 min kvadrat kilometr deməkdir: “Biz həmin şəhərlərdə olduğumuz zamanda da hər gün zəlzələlər olurdu, indi də davam edir. Ərazidəki binalar ya tam dağılıb, ya orta zədə almış, ya az zədə almış, ya da heç zədə almamış kimi qruplara bölünür. Amma bütün bunlara baxmayaraq, zəlzələ bölgəsində həmin binalarda yaşayış tamamilə qadağandır”.