Neftçalada motosiklet kanala düşüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Sarıqamış kəndində qeydə alınıb. Motosiklet idarəetmənin itməsi nəticəsində kanala aşıb. Motosikletin sürücüsü Neftçala rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Məzahim Səftər oğlu kanalda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.