Ödənişli yolda qəza olub, 6 nəfər xəsarət alıb

Ödənişli yolda qəza olub, 6 nəfər xəsarət alıb
# 18 iyun 2024 17:35 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Toyota" markalı minik avtomobilinin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan paytaxt sakinləri - Aygün Qurbanova, Aydan Qurbanlı, Aylin Qurbanlı, Aytac Əlixanova, Ayan Əlixanlı və Namiq Əlixanlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR