Bank Of Baku

Prokurorluq Binəqədidə baş vermiş partlayışla bağlı açıqlama yayıb

Prokurorluq Binəqədidə baş vermiş partlayışla bağlı açıqlama yayıb
# 04 mart 2023 15:07 (UTC +04:00)

Bu gün Binəqədidə sexdə baş vermiş partlayışla əlaqədar prokurorluqda araşdırma aparılır.

Binəqədi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR