Bakının Qaradağ rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.
APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Qaradağ rayonunda Korgöz qəsəbəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Oqtay Alışanov idarə etdiyi "Howo" markalı yük avtomobili ilə 1967-ci il təvəllüdlü piyada Elman Qədirovu vurmuş nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılmışdır.