Qaxda minik avtomobili traktorla toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlibəyli kəndinin girişində baş verib.
Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili traktorla toqquşub. Qəza zamanı dörd nəfər, Qax rayon sakinləri - 1981-ci il təvəllüdlü Cəfər İsmayıl oğlu İsmayılov, 1981-ci il təvəllüdlü Oruc Nurməmməd oğlu Əhmədov, Hicran Şamil oğlu Hacıxanov və Elsevər Nurməmməd oğlu Əhmədov xəsarət alıb.
Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.