Bank Of Baku

Qazaxda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Qazaxda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
# 18 mart 2026 08:54 (UTC +04:00)

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Xəsarət alanlar 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyevdir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qazax Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 18-də saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi ) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR