Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb

Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb
# 15 iyun 2024 22:28 (UTC +04:00)

Qəbələdə avtomobil qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin Şirvan bürosuna verilən məlumata görə iyunun 15-də saat 18:00 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü əcnəbi vətəndaş aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR