Qubada narkotik vasitələrin təsiri altında maşın sürən 10 sürücü saxlanılıb

Qubada narkotik vasitələrin təsiri altında maşın sürən 10 sürücü saxlanılıb
# 13 iyun 2024 08:11 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb.

Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub.

Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR