Qubada 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.